Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS