EN

Avarçəkənimiz Kazanda bürünc medal qazandı

Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində uğurlu çıxış edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, idmançı yarışda bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan samboçusu Rəsul Aydəmirov (98 kiloqram) da üçüncü yeri tutub. Multiidman turniri iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
sportnet.az

1Sources