EN

Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib. 

Paylaşımda deyilir: “Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi hisslərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

10Sources