EN

Kelli Uillis: İqlim dəyişikliyi insanların sağlamlığı üçün ən böyük təhdiddir

İqlim dəyişikliyi həm birbaşa, həm də dolayı yolla insan sağlamlığına təsir göstərir.

Bu barədə "Report"a açıqlamasında "Forecasting Healthy Futures" idarəedici direktoru Kelli Uillis bildirib.

Onun sözlərinə görə, sel və quraqlıq kimi ekstremal hava hadisələri insanların həyatı üçün təhlükələrə və məcburi miqrasiyaya səbəb olur:

"Belə hadisələr, həmçinin temperaturun yüksəlməsi və havanın çirklənməsi xüsusilə ürək-damar və tənəffüs xəstəlikləri daxil olmaqla qeyri-infeksion xəstəliklər sahəsində sağlamlıqla bağlı problemləri daha da gücləndirir".

K.Uillis qeyd edib ki, dəyişən hava şəraiti yoluxucu xəstəliklərin yayılması dinamikasına da təsir göstərir:

"Havanın temperaturunun artması ağcaqanadlar kimi xəstəlik daşıyıcılarının əhatə dairəsini genişləndirə, malyariya, "Denq qızdırması" və "Zika" virusu kimi xəstəliklərin daha çox yayılmasına səbəb ola bilər".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
big.az

1Sources