EN

I Liqada iştirak edəcək növbəti klub bilindi

2024/2025 mövsümündə Azərbaycan I Liqasıda mübarizə aparmaq uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib. 2024/2025 mövsümündə Azərbaycan I Liqasıda mübarizə aparmaq uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib. Matc.az xəbər verir ki, I Liqanı 10-cu sırada başa vuran “Araz Saatlı” II Liqanın ikincisi “Cəbrayıl”la üz-üzə gəlib. Saatlıdakı Olimpiya Kompleksinin stadionunda oynanılan görüş “Cəbrayıl”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən etibarən I Liqada iştirak etmək hüququ qazanıb. “Araz Saatlı” isə 2024/2025 mövsümünə II Liqada start verəcək. 15 iyun "Araz Saatlı" - "Cəbrayıl" - 1:3 Qollar: Ruslan Voronsov, 24 (0:1), Tapdiq Əhmədov, 45-pen. (0:2), Ravil Yusifli, 77-pen. (1:2), Nurlan Quliyev, 80 (1:3)    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
3
matc.az

10Sources