EN

Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK

Qocalar evində tanış olduğu 80 yaşlı kişi ilə ailə quran 23 yaşlı gənc qadının hekayəsi bütün dünyada səs-küy yaradıb.
 
Məlumata görə, Çində eşidənləri heyrətləndirən bir hadisə baş verib. 23 yaşlı gənc qız 80 yaşlı qoca ilə evlənib.
 
Yerli mətbuatın "inanılmaz sevgi hekayəsi" olaraq verdiyi xəbərlərdə cütlüyün adı açıqlanmayıb. Ortaq hobbilərinə görə qocalar evində qısa müddətdə dostlaşan cütlük daha sonra sevgiliyə çevrilib. 57 yaş fərqinə baxmayaraq heç bir problem yaşamadıqlarını deyən gənc qadın ərinin mehribanlığından və alicənablığından çox razı olduğunu bildirir.
 
Ərinin yalnız pensiyası olduğunu, sərvətinin olmadığını iddia edən gənc qadın bu prosesdə ailəsinə belə qarşı çıxdığını, lakin sevgisindən əl çəkmədiyini deyir. Məqsədinin sevginin gücünü bütün dünyaya duyurmaq olduğunu bildirən qadın, Çin mediasında tez-tez manşetlərə çıxmaqdan narahat olmadığını da deyib.
 
Ərinin işləmədiyi və dolanmaqda çətinlik çəkdiyi üçün bəzən iki işdə belə işlədiyini xatırladan 23 yaşlı gənc qadın yeganə arzusunun ölənə qədər ərinin yanında olması olduğunu bildirib.//Lent.az
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
6
moderator.az

8Sources