EN

Yaponiyada torpaq sürüşməsi təhlükəsi: 300 mindən çox insan təxliyə edilir

Yaponiyanın Okinava prefekturasının inzibati mərkəzi olan Naha şəhərində güclü yağışlar fonunda torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 313,7 min sakinin təxliyəsi elan edilib.

"İyunun 14-də Naha şəhər hakimiyyəti səhər saat 10:20-də şəhər üzrə 160 044 evdən olan 313 795 nəfərin evakuasiyası ilə bağlı əmr verib", - məlumatda bildirilir.

Şəhərdə beş mümkün təhlükə səviyyəsindən dördüncüsü elan edilib. Təhlükəli ərazilərdən sığınacaqlara təxliyə etmək tövsiyə olunur.(oxu.az)


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
big.az

1Sources