EN

“Ukrayna ilə bağlı konfrans Rusiya ilə daha təsirli olar...”

İsveçrədə keçirilən Ukrayna konfransı Rusiyanın iştirakı ilə daha effektli ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bürgenstokda keçirilən sammitdə çıxış edərkən deyib bunu.

...Otaqda qarşı tərəf Rusiya iştirak etsəydi, bu sammit daha çox nəticəyönümlü ola bilərdi. Biz əminik ki, hərtərəfli və əhatəli strategiyaya ciddi ehtiyac var.

RİA Novosti onun sözlərini sitat gətirir.

Qeyd edək ki, bundan əvvəl İsveçrə prezidenti Viola Amherd Ukraynada sülh prosesinin Rusiyasız təsəvvür edilə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, Bürgenstokda ilk addımın ikinci addımın ardınca getməsinə diqqət yetirilməlidir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
sia.az

1Sources