EN

Rafael Məhərrəmli yenidən “Şamaxı”da - Rəsmi

2023/2024 mövsümü başa çatdıqdan sonra “Səbail”dən ayrılan sağ cinah müdafiəçisi Rafael Məhərrəmli yenidən “Şamaxı”ya qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, Rafael Məhərrəmli daha öncə də “Şamaxı”da çıxış edib. Müdafiəçi “Səbail”ə 2022-ci ilin iyulunda məhz “Şamaxı”dan keçmişdi. O, “dənizçilər”in heyətində 51 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Məhərrəmli karyerası ərzində “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Qarabağ”da da çıxış edib. Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millimizdə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 250 min avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Şamaxı” daha öncə “Səbail”dən ayrılan Adil Nağıyevi də heyətinə qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də müqavilə ilə məxsus olduğu “Şamaxı”ya qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla isə yeni müqavilə imzalanıb.

“Şamaxı” Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərovla da yollarını ayırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
arena.az

1Sources