EN

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

Şimali

Bakı, 15 iyun, AZƏRTAC

Dost və qardaş ölkə Azərbaycanın müstəsna cəsarət, əzm, qətiyyət və fədakarlıqla əldə etdiyi müstəqilliyinin rəmzi olan Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana təbrik mesajında yer alıb.

Şimali Kipr Prezidentinin “X” sosial şəbəkə hesabında paylaşılan mesajda, həmçinin deyilir: “Bir millət, üç dövlət şüarı ilə daim bərabərik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
7
azertag.az

10Sources