Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb. Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətində suvarma işləri aparan zaman su nasosında yaranan elektrik sızması nəticəsində cərəyan onu vuraraq öldürüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.