EN

ABŞ-da 10 il qanunsuz yaşamış miqrantlar deportasiya olunmayacaq –Baydendən yeni qərar

ABŞ prezidenti Co Baydenin administrasiyası ölkədə müvafiq sənədlər olmadan yaşayan yüz minlərlə immiqrantın hüquqi statusunu təmin edəcək ən böyük yardım proqramını elan etməyi planlaşdırır.

Azpost.info bildirir ki, bu barədə CBS News xəbər agentliyi mötəbər mənbəyə istinadən xəbər verir.

Ağ Ev rəsmiləri tərəfindən hazırlanan proqrama əsasən ABŞ vətəndaşları ilə evli olan, ən azı 10 il ABŞ-da yaşamış qeyri-qanuni mühacirlərə iş icazəsi veriləcək, onlar ölkədən deportasiya olunmayacaq.

Bu addım qeyri-qanuni yollarla ABŞ-a daxil olanların ölkəni tərk etmədən yaşıl kart almasına olan maneəni aradan qaldıracaq.

Bayden administrasiyasının hazırladığı başqa bir plan yüksək ixtisaslı işçilər olan sənədsiz  miqrantlar üçün H-1B vizası kimi müvəqqəti viza almasını asanlaşdıracaq.  Mənbələr əlavə edib ki, tədbirlər çərşənbə axşamı elan oluna bilər.

Azpost.info

Chosen
135
azpost.info

1Sources