EN

Nagelsman Şotlandiya yığması üzərində darmadağını şərh etdi

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün açılış oyununda Şotlandiya yığması üzərində böyükhesablı qələbəni şərh edib.

Arena.az xatırladır ki, bundestim Şotlandiya yığmasını 5:1 hesabı ilə darmadağın edib.

Vurğulayaq ki, bu nəticə Almaniya yığmasının Avropa çemionatları tarixində ən böyükhesablı qələbəsidir. Həmçinin bundestim Avropa çempionatlarının açılış oyunlarında 4 top fərqi ilə qalib gəlmiş ilk komanda olaraq rekord müəyyənləşdirib.

“Oyundan əvvəl kimsə bunu mənə təklif etsəydi, qəbul edərdim. İlk 20 dəqiqə çox yaxşı keçdi. Şotlandiya yığması bizə hörmətini göstərdi və yəqin ki, biz ilk iki qolu vurduqdan sonra bunu daha da qabarıq göstərdi.

Biz ilk addımı atmışıq və onu inkişaf etdirməyə çalışacağıq. Ştutqartda Macarıstan komandasına qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Sabah futbolçulara istirahət verəcəyəm, bazar günü isə hazırlığa başlayacağıq”, – UEFA-nın rəsmi saytı alman mütəxəssisdən sitat gətirir.

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Almaniya yığması Ştutqartda Macarıstan yığması ilə qarşılaşacaq. Bu oyun iyunun 19-da keçiriləcək.

Hazırda Almaniya yığması yer aldığı “A” qrupunda 3 xalla liderdir. Şotlandiya yığması isə qrupun autsayderidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
arena.az

1Sources