Prezident Ərdoğan İtaliyada keçirilən G7 Zirvəsi çərçivəsində Vatikan lideri Papa Fransisk ilə ayaqüstü görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanla Papa mehriban salamlaşaraq, qısa müddət də olsa, söhbətləşiblər.
Xəbərə görə, Ərdoğan görüşdə İsrailin son zamanlar getdikcə daha çox təkləndiyini deyib: "İsrailin zülmə son qoymaq üçün təzyiqlərin artırılması çox vacibdir..."
Lamiyə Əhmədli
MİA.AZ