Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi Malik Ələkbərov işdən çıxarılıb. Manset.az xəbər verir ki, məlumatı "Report"a nazirlikdən təsdiqləyiblər. Bildirilib ki, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Prezidentin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. "Bununla əlaqədar Malik Ələkbərov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb", - məlumatda qeyd olunub.