EN

Moldova və Ukraynanın taleyinə konfransda aydınlıq gətiriləcək

Aİ ölkələrinin daimi nümayəndələri Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların çərçivəsini razılaşdırıblar.

“Daimi nümayəndələr Ukrayna və Moldova arasında üzvlük danışıqlarının çərçivəsi ilə bağlı prinsipial razılığa gəliblər”, - bəyanatda deyilir.

"Belçika Rəyasət Heyəti ilk hökumətlərarası konfransı iyunun 25-də çağıracaq", - məlumatda qeyd olunur.

Aİ ölkələri dekabrın 14-də Ukrayna və Moldova ilə Avropa Birliyinə üzv olmaq üzrə danışıqlara başlamaq qərarına gəliblər. Avropa İttifaqının liderləri müvafiq qərarı qəbul edərkən Macarıstanın baş naziri Viktor Orban səsvermədə bitərəf qalıb və zalı tərk edib.

Avropa Komissiyası (AK) sədrinin icraçı müavini Maros Şefçoviç martın 12-də Strasburqda bəyan edib ki, AK Aİ Şurasına baxılmaq üçün Ukrayna və Moldova ilə danışıqlar çərçivəsi layihəsi üçün təklifin hazırlanmasını başa çatdırıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
oxumeni.az

1Sources