EN

Qanunsuz heyvan kəsiminin qarşısı alınıb - VİDEO - FOTO

Qanunsuz

AQTA – nin əməkdaşları, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən yarım tikilidə vətəndaşın qanunsuz heyvan kəsim fəaliyyəti ilə məşğul olması faktını aşkarlayıblar. Kustar üsulla hazırlanan tallar sökülüb, vətəndaşa inzibati qaydada protokol tərtib edilib.Lənkəran rayonu üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə monitoriq həyata keçirilib. Monitoriq zamanı Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən yarım tikilidə vətəndaş, Abbasov Cavanşir Hüseynağa oğlunun qanunsuz kəsim fəaliyyəti ilə məşğul olduğu aşkar olunub. Yarım tikiliyə keçirilən baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu faktları aşkar edilib. Belə ki, satılan ət məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin və baytarlıq nəzarətindən keçməsinə dair möhür olmadan satışının həyata keçirildiyi aşkarlanmışdır. Qida məhsulların daşınması zamanı quvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmədiyi məlum olmuşdur.Qanunsuz heyvan kəsimi üçün obyektdə istifadə olunan dəmir konstruksiyaların Lənkəran rayon İcra hakimiyyəti əməkdaşları tərəfindən yığışdırılması təmin edilib və sözü gedən vətəndaş barəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən İnzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib.Eltun MəmmədovQanunsuz

Diqqət Çəkənlər

Yarım əsrlik ilham: Tanınmış şairin ıv kitabı və şərəfinə jurnal buraxıldı

Çiçək Mahmudqızının növbəti kitabı işıq üzü gördü

Qanunsuz heyvan kəsiminin qarşısı alınıb - VİDEO - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
ulusum.az

1Sources