EN

Ömürlük həbs edilən Nuri azadlıqda!

İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini Həmid Nuri azadlığa çıxıb.

“Yeni Sabah” Axar.az-a istinadən bildirir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi məlumat verib.

O bildirib ki, Omanın vasitəçiliyi ilə İran və İsveçin aidiyyəti orqanlarının apardığı danışıqlar nəticəsində İranın keçmiş prokuror müavini Həmid Nuri həbsdən azad olunub və yaxın vaxtlarda o İrana gələcək. SEO Xidməti

Qeyd edək ki, 62 yaşlı Nuri 1988-ci ildə İranda ən azı 5000 məhbusun edamında oynadığı rola görə "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və qətl"də təqsirli bilinib. 2022-ci ilin iyulunda ona ömürlük həbs cəzası verilib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
11
yenisabah.az

10Sources