EN

Parisdə solçu partiyaların tərəfdarlarının mitinqlərində iğtişaşlar baş verib

Parisdə solçu partiyaların tərəfdarlarının ifrat sağçılara qarşı keçirdiyi mitinq zamanı iğtişaşlar başlayıb.

 

Oxu24.com xəbər verir  ki,“İzvestiya”nın məlumatına görə, ilkin məlumata görə, sayı təxminən 15 min nəfər olan izdiham Respublika meydanından Millət meydanına doğru hərəkətə başlayıb.

 

Etirazçıların çoxu yol boyu avtobus dayanacaqlarını və vitrinləri sındırır, zibil qutularını yandırır. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

 

Bütün ölkə üzrə nümayişlərin fəal iştirakçılarının sayı 350 min nəfərə, paytaxtda isə 50 mindən 100 minə qədər ola bilər.

 

Bundan əvvəl müxtəlif sorğular göstərmişdi ki, qarşıdan gələn parlament seçkilərində ifrat sağçı partiyalar favoritdir. Bu, vətəndaşları küçələrə çıxmağa çağıran beş aparıcı həmkarlar ittifaqının xoşuna gəlməyib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
oxu24.com

1Sources