EN

SOCAR-ın "Eko park"ında QHT nümayəndələri ilə görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vəAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın "Ekopark"ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ınyaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekoturtəşkil olunub.

Tədbirdə vətəndaş cəmiyyətinin üzvləri üçün SOCAR-ın yaşılgündəliyi üzrə təqdimatlar edilib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın mətbuat katibi OrxanHüseynov şirkətin müxtəlif istiqamətlər üzrə fəaliyyətindən, neftşirkətindən enerji şirkətinə transformasiya prosesindən, bu günədəkSOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklər, həyata keçiriləntədbirlər və layihələr haqqında məlumat verib. Mətbuat katibi“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində təşkilolunan və keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. OrxanHüseynov SOCAR-ın vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmasınınvacibliyini vurğulayaraq, bu kimi tədbirlərin əhəmiyyətindən bəhsedib və bu xüsusda Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürünübildirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin vəvətəndaş institutlarının fəaliyyətindən bəhs edərək bu kimi sahəvitədbirlərin təşkilinin məlumatlandırma baxımından xüsusiəhəmiyyətini vurğulayıb. Aygün Əliyeva Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünyananaminə həmrəylik ili” çərçivəsində Agentliyin təşəbbüsü ilə həyatakeçirilən tədbirlər haqqında məlumat verib.

İcraçı direktor ətraf mühitin qorunması üzrə məsələlərinvacibliyini qeyd edərək bu sahədə QHT-lərə Agentlik tərəfindən daimdəstək göstərildiyini bildirib. Aygün Əliyeva ətraf mühitinmühafizəsi ilə bağlı məsələlərdə SOCAR tərəfindən görülən işlər vəhəyata keçiriləcək layihələrdə QHT-lər ilə əməkdaşlığın və mütəmadiolaraq müzakirələrin aparılmasının səmərəli olacağını diqqətəçatdırıb.

SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması vəəlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlıgörüşdə “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcəkperspektivlər” mövzusunda təqdimatla çıxış edərək COP28-də SOCAR-ınelan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiyahədəfləri haqqında ətraflı bəhs edib. SOCAR-ın dekarbonizasiyaproqramının emissiya göstəricilərinin tədqiqi, qiymətləndirilməsivə emissiyaların azaldılması ilə hədəflərin ətraflı araşdırılmasınaəsaslandığını bildirən Mustafa Qurbanlı 2050-ci ildə bütünəməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsashədəflərindən olduğunu diqqətə çatdırıb.

Mustafa Qurbanlı alternativ və bərpa olunan enerji mənbələrindənistifadə edilməsi üzrə dövlət siyasətinə dəstək olaraq bərpa olunanenerji mənbələrinin genişləndirilməsi strategiyasının icrası iləəlaqədar SOCAR tərəfindən həyata keçirilən layihələrdən bəhsedib.

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin başdirektoru Rəşad Mustafayev tullantıların idarə olunması, neftləçirklənmiş ərazilərin, o cümlədən Bakı buxtasının təmizlənməsi vəabadlaşdırılması istiqamətində SOCAR tərəfindən görülən işlərbarədə ətraflı məlumat verib. Rekultivasiya işlərinin planlışəkildə həyata keçirildiyini vurğulayan baş direktor təmizlənənərazilərin ətraf mühitə təsirinə xüsusi diqqətlə yanaşıldığınıbildirib. Rəşad Mustafayev ətraf mühitinin mühafizəsi və ekolojiaksiyaların əhəmiyyətindən bəhs edərək şirkət tərəfindən davamlıəsasda iməcilik, abadlaşdırma və ağacəkmə aksiyalarınınkeçirildiyini qeyd edib.

"Neftqaztikinti" trestinin müdiri Qağaməli Seyfullayev ətrafmühitin qorunması, çirklənmiş ərazilərin təmizlənməsi üzrə SOCARtərəfindən görülən işlər haqqında məlumat verib. Bakı buxtası vəsahil zonasında xüsusi texnologiya və avadanlıqlar vasitəsiləbatmış və yarımbatmış vəziyyətdə olan iri qabaritli tullantılarınmüəyyənləşdirilməsi, çıxarılması, daşınması və utilizasiyası üzrəgörülən işlərdən bəhs edib. Trestin müdiri həyata keçirilənlayihənin ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsbetdiyini vurğulayıb

Sual-cavab sessiyasında çıxışçılar tədbir iştirakçılarınınsuallarını cavablandırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
4
az.trend.az

5Sources