EN

“Pəncərə açılmayıb”, amma gələn-gedən çoxdu

Yay “transfer pəncərəsi” açılmasa da, premyer-liqa klubları artıq 2024/25 mövsümünə hazırlıq məqsədi ilə transfer işlərinə start veriblər.

Komandalar lazım olan futbolçularla müqavilə müddətini artırır, heyəti “yeni qan”la gücləndirir. Lazım olmayan və ya başqa klubdan cazibədar təklif alan oyunçular isə yola salınır.Qeyd edək ki, yay “trasnfer pəncərəsi” iyunun 25-də açılacaq və sentyabrın 16-sı, saat 23.59-a qədər davam edəcək. Sizi komandalarda baş verən dəyişikliklərlə tanış edirik.

Qarabağ
Gələnlər:Fabian Buntiç (“Vizela”, Portuqaliya), Musa Qurbanlı (“Yurqorden”, İsveç)
Gedənlər: Adama Diakabi, Andrey Lunyov, Nihat Quliyev (Səbail)

Zirə
Gələnlər: Fuad Bayramov (Şamaxı), Aydın Bayramov (Turan Tovuz), Elçin Əlicanov (Kəpəz), Davit Volkov (Sabah)
Gedənlər: Vladislav Kulaç, Rəhim Sadıxov, Dimitrios Çantakias, İlkin Muradov, Sezar Meza Kolli

Sabah
Gələn: yoxdu
Gedənlər: Davit Volkov (Zirə), Kristian Sabalyos

Sumqayıt
Gələn: yoxdu
Gedənlər: Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka

Neftçi
Gələn: yoxdu
Gedən: Ömər Buludov (Araz-Naxçıvan)

Turan Tovuz
Gələn: Elçin Qasımov (“Şamaxı”, icarədən qayıdıb)
Gedən: Tərlan Əhmədli (Araz-Naxçıvan)

Səbail
Gələnlər: Fərid Nəbiyev (Turan Tovuz), Nihat Quliyev (Qarabağ), Vüsal Məsimov (Kəpəz)
Gedənlər: Ağabala Ramazanov, Adil Nağıyev, Vüqar Həsənov, Bahadur Həziyev (“Şamaxı”, icarə müddəti bitib)

Araz Naxçıvan
Gələnlər: Urfan Abbasov, Ülvi İsgəndərov (hər ikisi “Qəbələ”), Ömər Buludov (Neftçi), Tərlan Əhmədli (Turan Tovuz)
Gedənlər: Abdulla Rzayev, İlqar Alekperov (icarə müddəti bitib, hər ikisi “Sabah”), Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov, Orxan Əliyev

Kəpəz
Gələn: yoxdu
Gedənlər: Elçin Əlicanov (Zirə), Vüsal Məsimov (Səbail)

Şamaxı
Gələn: Bahadur Həziyev (“Səbail”, icarədən qayıdıb)
Gedənlər: Əkpər Vəliyev, Süleyman Damadayev (Qəbələ), Elçin Qasımov (“Turan Tovuz”, icarə müddəti bitib), Əbil Əbilov,Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov (Zirə)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources