EN

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Ötən əsrin 90-cı illərində Qafqazda yaranmış vəziyyət və Azərbaycan torpaqlarının işğalı təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi problemlər yaratmışdı. Qarabağda atılan ilk güllə əslində Azərbaycana qarşı deyil, Qafqazda sülhə və təhlükəsizliyə atılmış güllə idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü yazıçı-publisist, ictimai xadim İrakli Savliani söyləyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı zamanı digər xalqların və millətlərin susması daha böyük fəlakətlərə yol açdı. Bu gün Gürcüstan torpaqlarının da işğalının əsası məhz həmin illərdə qoyuldu.

"Çox təəssüf ki, həmin dövrdə gürcü xalqının nümayəndələrinin səsi eşidilmədi. Bəziləri isə ümumiyyətlə susdular. Bu da daha böyük fəlakətlərə yol açdı",- deyə İ.Savliani vurğulayıb.

O deyib: "Azərbaycan Prezidentinin qətiyyəti sayəsində 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildi. Azərbaycanın bu qələbəsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsasını qoydu. Heç olmasa, biz indi bir olmalıyıq və sülhü qorumalıyıq. Mən bütün sağlam qüvvələri Azərbaycanın yaratdığı sülhü qorumağa, təhlükəsizliyə töhfə verməyə çağırıram. Cənubi Qafqazda sülh və təhlükəsizlik məhz Azərbaycanın qələbəsi əsasında qoyulub. Bunun qiymətini bilməliyik".

Yazıçı hazırda Qarabağın bərpası istiqamətində görülən işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Qarabağda həyata keçirilən irimiqyaslı layihələr bir daha sübut edir ki, Qarabağ Azərbaycandır!

Bildirib ki, bu gün bəzi qüvvələr yenə də bu sabitliyi pozmağa cəhd edirlər. Azərbaycan, Gürcüstan və digər xalqların nümayəndələri birləşməli, onlara imkan verməməli və "Qafqaz Evi" ideyasını inkişaf etdirməliyik.

İrakli Savliani, eyni zamanda 15 İyun-Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Xətayi Əzizov

Tbilisi

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
1
ilk.az

2Sources