EN

"Cəbrayıl" Azərbaycan I Liqasına vəsiqə qazandı

"Cəbrayıl" futbol komandası yeni mövsümdə Azərbaycan I Liqasında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, 2024/2025 mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ikinci görüşü bu gün Saatlıda keçirilib.

Görüşdə Cavid Hüseynovun komandası "Araz Saatlı"nı 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, növbəti mövsümdə "Cəbrayıl" birinci, "Araz Saatlı" isə ikinci liqada mübarizə aparacaq.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
teleqraf.com

1Sources