Türkiyədə kənd ərazisindən insan başı tapılıb.
Hadisə Sivas rayonunun Gəmərək qəsəbəsində baş verib. Məlumata əsasən, bir çoban kənddə gəzişərkən insan kəlləsi tapıb.
Daha sonra o, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına verib. Kəllənin kimə aid olduğunu müəyyən etməkdən ötrü tapıntı ekspertizaya aparılıb.
İnsan kəlləsinin 15 gün əvvəl avtoqəza keçirdikdən sonra itkin düşən E.K.-yə aid olduğu ehtimal edilir.