EN

ABŞ-da qeyri-leqal miqrantlara hüquqi status VERİLƏCƏK

ABŞ-də 10 il yaşayan qeyri-leqal miqrantlara hüquqi statusun verilməsi planlaşdırılır.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinə yaxın mənbələr məlumat yayıb.

Məlumata görə, 10 il ərzində ölkə ərazisində yaşayan miqrantlar bu müddətdən sonra vətəndaşlıq üçün müraciət edə biləcəklər.

Həmçinin onlara müvəqqəti vizalar almaq imkanı verən güzəştlər tətbiq ediləcək. Bu zaman üstünlük yüksək ixtisaslı müxtəlif peşə sahiblərinə veriləcək.

Qeyd edilib ki, yeni qərar iyunun 18-də elan ediləcək. Proqramın təfərrüatları müvafiq işlər başa çatdıqdan sonra ictimailəşdiriləcək. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
147
2
bizim.media

3Sources