Almaniyada keçirilən Avropa Çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə turnirinin ikinci günündə 3 matç oynanılacaq.
Ötən gün açılış matçında üz-üzə gələn Almaniya və Şotlandiyanın olduğu A qrupunun digər qarşılaşması Macarıstanla İsveçrə arasında baş tutub. İsveçrəlilər rəqibi üzərində inamlı qələbə qazanıblar.
Günün ikinci qarşılaşmasında B qrupunun favoritlərindən sayılan İspaniya və Xorvatiya münasibətlərinə aydınlıq gətirəcəklər.
Nəhayət, günə İtaliya - Albaniya matçı ilə yekun vurulacaq.
AÇ-2024
15 iyun
A qrupu
Macarıstan – İsveçrə 1:3
Qollar: Barnabaş Varqa, 66 - Kvadvo Dua, 12. Mişel Ebişer, 45. Embolo, 90+3.
Hakim: Slavko Vinçiç (Sloveniya).
Köln. "Rhein Energie Stadion".
B qrupu
İspaniya – Xorvatiya 0:0 (1-ci hissə)
Hakim: Maykl Oliver (İngiltərə)
Berlin. "Olympiastadion".
23:00. İtaliya – Albaniya
Hakim: Feliks Çvayer (Almaniya)
Dortmund. "Signal Iduna Park".