EN

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaltdı - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə daha bir qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Macarıstan millisi buraxılan qollardan birinin əvəzini çıxıb.

Barnabaş Varqa 66-cı dəqiqədə fərqi minimuma endirib - 1:2.

Qarşılaşma davam edir.

 

***18:08

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma isveçrəlilərin 2:0 üstünlüyü ilə davam edir.

Matç saat 17:00-da start götürüb.

***17:48

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Mişel Ebişer 45-ci dəqiqədə macarları növbəti dəfə oyuna mərləzdən başlamağa məcbur edib.

Bu qol ilk hissənin yekun nəticəsini təyin edib - 0:2.

***17:15

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunun ikinci oyunda hesab açılıb.

Kvadvo Dua 14-cü dəqiqədə isveçrəliləri hesabda önə çıxarıb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

***17:00

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
3
bakivaxti.az

8Sources