EN

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq,Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissəvə xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli QurtuluşGünü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bayram günündə şəxsi heyət ölkə ərazisindəki Heydər Əliyevmərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızınÜmummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edənfilmləri izləyib, həmçinin hərbi qulluqçular üçün müxtəlifmədəni-kütləvi tədbirlər təşkil olunub.

Şəhid övladlarının da iştirak etdiyi tədbirlərdə əvvəlcə UluÖndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyüuğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəliksükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən,tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüilə bağlı hərbi qulluqçularla maarifləndirici söhbətləraparılıb.

Qeyd edilib ki, otuz bir il əvvəl Ümummilli Lider HeydərƏliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilərespublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyulub. Bugün Ulu Öndərin Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyəaparmaq ideyaları onun siyasi irsinin layiqli davamçısı AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıcənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi iləVətən müharibəsində qazanılan şanlı Qələbənin, Qarabağ iqtisadirayonunda keçirilən antiterror əməliyyatından sonra respublikamızınərazi bütövlüyünün tam təmin olunmasının tarixi əhəmiyyətindəndanışılıb.

Sonra döyüş hazırlığında fərqlənən hərbi qulluqçulara fəxrifərmanlar təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, GəncəQarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivlərinin,həmçinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarıtəqdim edilib.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
206
14
az.trend.az

10Sources