EN

Milli Qurtuluş Günü ilə bugünkü uğurumuzun və qalibiyyətimizin ƏSASI QOYULDU

Milli Müstəqiliyini 1991-ci ildə əldə etmiş, lakin işğala, parçalanmaya, iqtisadi təlatümlərə, dövlət idarəçiliyində anarxiyaya məruz qalmış Azərbaycan xalqı bütün bunlardan azad olmağın yolunu böyük idarəçilik təcrübəsinə və liderlik qabiliyyətinə sahib Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. Xalqın təkidli çağırışı ilə 1993-cü ilin 15 iyun tarixində yenidən hakimiyyətə gəlməklə Heydər Əliyev “Milli Qurtuluş Gününün” əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə o zamana qədər mövcud olan problemlərdən bizi qurtarmadı, həm də bugünkü uğurumuzun, qalibiyyətimizin əsasını qoydu.  O, həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, hərbi quruculuq və digər sahələrdəki dirçəliş onun adı ilə bağlıdır. Azərbaycan xalqının iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürməsi, özünün dediyi kimi “ömrünün qalan hissəsini də xalqına bağışlaması” idi.


 
Bunu Sfera.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə bildirib.


Heydər Əliyevin müstəqillik dövründə həyata keçirdiyi siyasət XX əsrin 60-cı illərinin sonundan başlayaraq əsasını qoyduğu “Heydər Əliyev idarəetmə fəlsəfəsinin” davamı idi. Həmin idarəetmə fəlsəfəsinin başlıca məqsədi və ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin genş vüsət alması, milli qürur hissinin gücləndirilməsi və milli şüurin yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının müəyyən edilərək, həyata keçirilməsi idi. Ümummilli lider tərəfindən təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası günümüzdə müasir Azərbaycanın dünyada yerinin müəyyən olunması, milli dövlətçiliyimizin formalaşması və dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdı.


 
Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müstəqilliyimiz inkişaf edərək, məhz onun sayəsində əbədi və dönməz xarakter aldı. Ulu öndərin 1969-1982-ci illərdə hakimiyyətdə olduğu zaman kadrların milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atması, hər il yüzlərlə gənci hərbi və digər mühüm sahələrdə təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərməsi müstəqil Azərbaycanın kadr potensialının formalaşdırılmasında mühüm rol oynadı.


 
Totalitar sovet rejiminin hökm sürdüyü 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli liderin səyi və xidmətidir. Həmin zaman imperiya siyasətinin tələbləri ilə tam ziddiyət təşkil edən xalqın mənəvi sərvətinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün hüquqi əsasların yaradılması cəsarətli addım idi.


 
SSRİ rəhbərliyinin 1990-cı ildə Bakıya ordunun yeridilməsi haqqında qərarına və qanlı faciənin törədilməsinə ilk etirazı Heydər Əliyev etmişdi. Faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərinin bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi ö dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu.


 
Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərdə respublikamızın müstəqilliyi yolunda mühüm qərarlar verildi. Muxtar Respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, üç rəngli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi, dünya azərbaycanlılarının həmrəyli günü qəbul olundu, 20 yanvar faciəsinə siyasi qiymət verilərək, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi.


 
“Siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaqdır” kəlamında söylənildiyi kimi Heydər Əliyev Azərbaycanın qurulması, gələcək inkişafı üçün mümkünsüz görülən hər şeyi etdi. Fransız mütəfəkkiri Volterin “dövləti xilas etmək üçün bir dahi insan kifayətdir” sözləri də özünü doğrultmuş oldu.
Ona görə Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil.


 
Ulu Öndər böyük Azərbaycanlıdı. Onun azərbaycançılıq nəzəriyyəsi bu gün bizim vahidliyimiz təmin edir. Ölkəmizdə bütün millətlərin, etnik qrupların sülh içində yaşamasını formalaşdırdı. Onun nəticəsidir ki, bu gün böyük, vahid Azərbaycan xalqı öz ərazi bütövlüyü uğrunda heç bir etnik ayrı-seçkilik etmədən mübarizə aparır, bu yolda döyüşməyə, şərəflə vətəni qorumağa hazırdı.


 
Heydər Əliyevin formalaşdırdığı siyasi irs, ata vəsiyyəti Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev tərəfindən layiqincə, şərəflə, inkişaf etdirməklə həyata keçirilir. Bu irs Azərbaycan dövlətinin siyasi konsepsiyasının əsasını təşkil edir.
Ulu Öndərin təməlini qoyduğu Azərbaycan diplomatiyası, iqtisadiyyatı, hərb sahəsi bu gün inkişaf dövrünü yaşayır. Dünyanın gərgin, münaqişələrlə dolu dövrünü yaşadığımız bu günlərdə sabit ictimai-siyasi şərait, inkişaf edən iqtisadiyyat, güclü, dövlətin ərazi bütövlüyünü təmin edə bilən ordu dahi şəxsiyyətin əzminin, iradəsinin, uzaqgörənliyinin nəticəsidir.  


 
Çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi mütamadi olaraq möhkəmlənir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Dövlətimizin moderatorluğu və təşəbbüsü ilə starteji əhəmiyyətli layihələr reallaşıb və bu siyasət davam edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayr, nəqliyyat – kommunikasiya xəritəsini yenidən formalaşdırır. Yəni ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Bir neçə il bundan əvvəllə kimi öz təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasına çalışan Azərbaycan, bu gün Cənubi Qafqazın, Orta Asiyanın, Avropanın hərbi, enerji və iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir və bu istiqamətdə siyasət qurucudur.


 
Yalçın Hacızadə qeyd edib ki, “əsası Ulu öndər tərəfindən qoyulmuş və bu gün bizi bir çox ölkələrdən fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir. Azərbaycanın xarici siyasəti həm müstəqil xarakter daşıyır həm də beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənir, ikitərəfli və çoxtərəfli münasibətlərin ruhuna – mahiyyətinə əsaslanır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, “biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparan ölkədir. Bizim sözümüz, bizim imzamızdır. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusi ilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasət milli maraqlarüzərində qurulub. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. Bizim siyasət AZərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq – iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”.

 

Yalçın Hacızadə

AVP sədirinin müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
2
sfera.az

3Sources