EN

11 uşaqlı Mask işçisinə.. - İDDİA

Sərvəti 209 milyard dolları keçən dünyanın ən varlı adamı İlon Mask tez-tez işi və şəxsi həyatı ilə gündəmə gəlir.

News24.az xəbər verir ki, evliliklərindən 11 övladı və həyatında müxtəlif qadınlar olan iş adamı haqqında The Wall Street Journal-da yeni məqalə dərc olunub. İşçilərlə olan münasibəti ilə bağlı yayılan xəbərlərə görə, 11 uşaq Mask üçün kifayət etməyib.

Xəbərdə Maskın şirkətində çalışan bir təcrübəçi ilə münasibətdə olduğu və əlavə olaraq başqa bir işçidən də ondan körpə dünyaya gətirməsini istədiyi iddia edilib.

Təklifi rədd etdikdən sonra Maskın həmin qadının maaşını qaldırmaqdan imtina etdiyi və performansından şikayətləndiyi deyilir.

Xəbərdə SpaceX-də təcrübəçi kimi başlayan və Mask ilə münasibət quran qadının daha sonra icraçı heyətə daxil edildiyi də bildirilir.

Maskın şirkətində çalışan bəzi qadın işçilər texnologiya milyarderinin onlara həddindən artıq maraq göstərdiyini, bəziləri isə İlon Maskın onları izlədiyini bildirib.

Mask haqqındakı bu iddiaları ilk deyil.

Qeyd edək ki, Mask mövzu ilə bağlı heç bir açıqlama verilməyi.

Lakin SpaceX-in prezidenti və baş əməliyyat direktoru Gwyenne Shotwell hekayənin insanlara yanlış çatdırıldığınıbildirib.

Xəbərin sahibi "Wall Street Journal" isə 48 nəfərin mesajları, e-poçtları və müsahibələri nəticəsində dərc etdikləri xəbərlərin mənbələrinin güclü olduğunu deyib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
news24.az

1Sources