![Türkiyə](https://azertag.az/files/2024/2/1200x630/1718443650959263358_1200x630.jpg)
Ankara, 15 iyun, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib.
AZƏRTAC bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin iyunun 15-də yaydığı məlumata istinadla xəbər verir.
Məlumatda qeyd olunub ki, Hakurk rayonunda, həmçinin İraqda davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.
Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı” antiterror əməliyyatı çərçivəsində məhv edilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.
Ramin Abdullayev
AZƏRTAC -ın müxbiri
Ankara