EN

Ramafoza yenidən CAR-nin prezidenti SEÇİLDİ

Matamela Siril Ramafoza yenidən Cənubi Afrika Respublikasının Prezidenti seçilib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Milli Assambleyada keçirilən səsvermədə Ramafoza 283 səs alıb. 


Sonra Cənubi Afrika Ali Məhkəməsinin sədri Raymond Zondo Ramafozanı rəsmi prezident elan edib.


Qeyd edək ki, qarşıdan gələn beş illik prezidentlik müddəti Ramafosa üçün ikinci olacaq. O, 2018-ci ilin fevralında korrupsiyada ittiham olunan Ceykob Zumanın istefasından sonra dövlət başçısı vəzifəsinə keçib. 

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
1
sfera.az

10Sources