EN

AÇ-2024: İspaniya Xorvatiyaya qarşı, son çempion albanlarla üz-üzə - YENİLƏNİR 

Almaniyada keçirilən Avropa Çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, qitə turnirinin ikinci günündə 3 matç oynanılacaq. 

Ötən gün açılış matçında üz-üzə gələn Almaniya və Şotlandiyanın olduğu A qrupunun digər qarşılaşması Macarıstanla İsveçrə arasında baş tutacaq. 

Günün ikinci qarşılaşmasında B qrupunun favoritlərindən sayılan İspaniya və Xorvatiya münasibətlərinə aydınlıq gətirəcəklər. 

Nəhayət, günə İtaliya - Albaniya matçı ilə yekun vurulacaq. 


AÇ-2024
15 iyun

A qrupu

17:00. Macarıstan – İsveçrə
Hakim:  Slavko Vinçiç (Sloveniya).
Köln. "Rhein Energie Stadion".
 
B qrupu

20:00. İspaniya – Xorvatiya 
Hakim: Maykl Oliver (İngiltərə)
Berlin. "Olympiastadion".

23:00. İtaliya – Albaniya 
Hakim: Feliks Çvayer (Almaniya)
Dortmund. "Signal Iduna Park".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
1
fanat.az

2Sources