EN

Bu gün Milli Qurtuluş Günüdür

Bu gün 15 iyun - Azərbaycan xalqı Milli Qurtuluş Gününü qeyd edir.

Ednews xatırladır ki, 1993-cü ildə Bakıya gələrək Azərbaycanı dərin böhrandan xilas edən, vətəndaş müharibəsinin qarşısını alan Ulu Öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə ölkəmizin tarixində yeni mərhələ başladı. Bu günün əhəmiyyəti bir tərəfdən xalqın maraqlarının qorunması idisə, digər tərəfdən Azərbaycanın gələcək taleyinin Heydər Əliyev faktoru, həm də onun işıqlı idealları ilə bağlı olmasında idi.

Elə ona görə də Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda hakimiyyətsizlik anlayışını aradan qaldırdı, Azərbaycan dövlətçiliyini qoruyub saxladı. Onun qurduğu Azərbaycanın qazandığı naliyyətlər indi bizə xalqın ovaxtkı ağır vəziyyətinə qiymət vermək üçün imkan yaradır. Heydər Əliyev bizə öyünə biləcəyimiz dövləti yadigar qoydu və bu müstəqil dövlətin bayrağı indi öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın başı üzərində şərəflə dalğalanır. 

Ulu öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
ednews.net

1Sources