EN

Stole Dimitrievski rəsmən “Valensiya”da

Şimali Makedoniya yığmasının və “Rayo Valyekano”nun qapıçısı Stole Dimitrievski bundan sonra “Valensiya”nın şərəfini qoruyacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı qolkiper “Valensiya”ya azad agent kimi keçib. Onunla 2 illik müqavilə imzalanıb.

Stole Dimitrievski 2019-cu ildən “Rayo Valyekano”nun uğurları üçün çalışırdı. Təcrübəli qolkiper İspaniya klubunun heyətində 191 oyuna çıxıb, 236 qol buraxıb, 55 matçda qapısını toxunulmaz saxlayıb.

Makedon qapıçı daha öncə “Rabotniçki”, “Qranada”, “Ximnastik” kimi klubların da formasını geyinib. O, 2015-ci ilin noyabr ayında debüt matçını keçirdiyi Şimali Makedoniya yığmasında 69 matça çıxıb. Hazırda millinin kapitanı olan qolkiper bu oyunlarda 90 qol buraxıb, 22 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı qolkiperin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
arena.az

1Sources