EN

"Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb!" - Prezidentin xüsusi nümayəndəsi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov X hesabında “Aghdam City Hotel”in Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığı görüntüləri paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsinin 15 İyun – Qurtuluş Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub:

“Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Bu münasibətlə doğma Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb! Xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik!”.

Chosen
135
7
bakivaxti.az

10Sources