EN

Futbol üzrə Avropa çempionatına start verilib

Yayımlandı: 15 İyun 2024 01:00 Almanlar ilk matçda Şotlandiya millisini böyük hesabla məğlub edib İyunun 14-də Almaniyada futbol üzrə Avropa çempionatına start verilib. A qrupunun ilk matçında meydan sahibi olan Almaniya millisi Şotlandiya yığması ilə qarşılaşıb. Münhendəki “Allianz Arena”da keçirilən oyun saat 23:00-da start götürüb. Qarşılaşma almanların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Yulian Naqelsmannın baş məşqçisi olduğu komanda şotlandları 5:1 hesabı ilə məğlub edib. Bu qrupun digər qarşılaşması iyunun 15-də, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək. 24 milli komandanın mübarizə apardığı Avropa çempionatı iyulun 14-də başa çatacaq. Meydan TV

Chosen
107
1
xural.com

2Sources