EN

Ferstappen fanatlara müraciət etdi

“Red Bull”un pilotu Maks Ferstappen fanatlara müraciətlə qız dostu Kelli Pike haqda yalan informasiyalar yaymağı dayandırmağı xahiş edib.

"Football-plus.az" xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:
“Buna son qoyulmalıdı. Bəzi adamlar tərəfindən sosial şəbəkələrdə yayılan saxta ittihamlar ağılsızlıqdı. Bu dünyada nifrətə yer olmamalıdı. Həqiqətin ailəmizin tərəfində olduğunu bilirik, birlikdə çox xoşbəxtik. Mən səni sevirəm”.


Maksa qədər braziliyalı model də öz səhifəsində yaydığı böyük paylaşımda son üç il ərzində ittigamlar, şayiələr və saxta şərhlər dalğası ilə üzləşdiyini yazıb. Onun dediyinə görə, son vaxtlar vəziyyət çərçivədən çıxıb. Kello sosial şəbəkə istitafadəçilərini yalan informasiya yaymağın nəticələrindən xəbərdar edib. Amma nə Pike, nə də Ferstappen məhz hansı hadisənin onların belə sərt reaksiyasına səbəb olduğunu dəqiqləşdirməyib.

Niderlandlı pilotla braziliyalı modelin münasibətləri 2020-ci ilin sonunda üzə çıxıb. Pike buna qədər rusiyalı pilot Daniil Kvyatla görüşüb – onların Penelopa adlı qızı da var. Hazırda Ferstappenin 26, Pikenin 35 yaşı var.

Bu arada “Maklaren”in baş direktoru Zek Braun “Red Bull”dakı mühitlə bağlı fikirlərini bölüşüb. Onun dediyinə görə, əksər əməkdaşlar Avstriya komandasında olmaqdan narahatlıq duyur: “Hazırda “Red Bull”da zəhərli atmosfer var. Edrian Nyuinin gedişi bu məsələdə vacib rol oynayır, çünki əməkdaşların bir çoxu lap əvvəldən onunla çalışıb. Mən artıq demişəm ki, həmin komandanın əməkdaşlarından bizə CV gəlməkdədi. Bu daim yaşanan prosesdi, ancaq indi narahatlıq daha yüksək həddə çatıb. Düşünürəm ki, komanda gələcəkdə sponsorlorla münasibətlərdə çətinlik çəkəcək. Vəziyyət qəlizdi”.

Xatırladaq ki, “Red Bull” mayın əvvəlində texniki departamentin rəhbəri Edrian Nyuinin gələn ilin 1-ci rübündə komandadan gedəcəyini elan edib. O, 2005-ci ildən bu komandada çalışırdı. “Red Bull” hazırda 301 xalla Mühəndislər kuboku uğrunda mübarizədə 1-ci pillədə qərarlaşıb. Komandanın şərəfini Ferstappenlə yanaşı, meksikalı Serxio Peres də qoruyur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources