EN

Finlandiya NATO quru qüvvələrinin qərargahına ev sahibliyi edəcək

...NATO quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hyakkanen deyib. Onun sözlərinə görə, Alyansa üzv olan bütün ölkələr Finlandiyanın NATO-ya inteqrasiyası ilə bağlı əsas məqsədlərinə siyasi razılıq veriblər.

...NATO quru qüvvələri komandanlığı Finlandiyada yerləşdiriləcək, və quru qoşunları da Finlandiyada olacaq, - deyə Hyakkanen bildirib.

O əlavə edib ki, Alyansın Finlandiyadakı qərargahına Şimali Avropa və Skandinaviyada quru hərbi əməliyyatlarına rəhbərlik etmək vəzifəsi qoyulacaq.

Müdafiə naziri qeyd edib ki, NATO-nun yeni komandanlıq strukturunda bütün Şimali Avropa ölkələri Amerikanın Norfolk şəhərindəki Müttəfiq Qüvvələrin komandanlığına tabe olacaq.

...Bu qərarlar Finlandiyanın və eyni zamanda Şimali Avropanın təhlükəsizliyini gücləndirir və bütün Alyansın təhlükəsizliyi üçün əhəmiyyətli faydalara malikdir.

Bunu da finlandiyalı nazir bildirib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
sia.az

1Sources