EN

Həmkarı danışdı, Rüstəmxanlı əsəbiləşdi - Video

Milli Məclisin iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov Xalq Hərəkatı, AXC-Müsavat hakimiyyəti barədə tənqidi fikirlər səsləndirib.
BUTA.TV xəbər verir ki, o, həmçinin 90-cı illərin əvvəlləri ilə bağlı mövqeyini ifadə edib. İclasın gedişində söz alan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı həmkarının dediklərinə sərt reaksiya verib. Deputat 1988-ci ildə 1 milyon yarım insanın meydanlarda olduğunu, ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizə apardığını söylədi. S.Rüstəmxanlı ardınca həmkarına xitab edib:

“Nə qazanırsan? Sən cavan oğlan, bununla nə demək istəyirsən? Mən bütün tarixə qarşıyam, bütün deyilənlərə qarşıyam, mən bu cür fikirləşmirəm. Sən səhv fikirləşə bilərsən. Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam gözünü yumub, ağzını açmaz, danışıb, sonra düşünməz, əvvəl düşünər, sonra danışar. Xahiş edirəm ehtiyatlı ol, bu, bizim tariximizdir və biz də hələ burdayıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
buta.tv

1Sources