Bakı. Trend:
Azərbaycan karateçisi Mədinə Sadıqova Kazan şəhərində keçirilən"BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirindəqızıl medal qazanıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edənidmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksəkpilləsinə qalxıb.
Bununla da Azərbaycan idmançıları günü 1 qızıl, 2 bürüncmükafatla başa vurublar.
Daha əvvəl samboçu Rəsul Aydəmirov (98 kiloqram) və avarçəkənBəhmən Nəsiri üçüncü yeri tutublar.
Qeyd edək ki, multiidman yarışları iyunun 24-dək davam edəcək.Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsilolunur.