EN

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib

Bakı. Trend:

İyunun 14-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanskiadına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə buraxılışınahəsr olunan təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri,liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsilocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər,ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanınmüstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinxatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət AzərbaycanRespublikasının Dövlət Himnini ifa etdikdən sonra, liseyin Döyüşbayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülovçıxış edərək əlamətdar gün münasibətilə Müdafiə Nazirliyininrəhbərliyi adından məzunları təbrik edib, onlara gələcəkxidmətlərində uğurlar arzulayıb.

Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağınövbəti buraxılışın kursantlarına təhvil verilib.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifaetdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündənkeçib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
az.trend.az

1Sources