EN

Stoltenberq: NATO-nun 500 min əsgəri yüksək döyüş hazırlığı vəziyyətindədir

Bu gün NATO silahlı qüvvələrinin 500 min nəfəri yüksək döyüş hazırlığı vəziyyətindədir.

Bu barədə Alyansın baş katibi Yens Stoltenberq bloka daxil olan ölkələrin müdafiə nazirlərinin Brüsseldəki görüşündən sonra bildirib.

"Bu gün bizim 500 min əsgərimiz yüksək hazırlıq vəziyyətindədir ki, bu da ilkin olaraq qarşıya qoyulan hədəfdən xeyli çoxdur", - o, təşkilatın saytında yayımlanan mətbuat konfransında deyib.

NATO-nun baş katibi qeyd edib ki, bu saya bütün növ silahlı qüvvələr daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
aznews.az

1Sources