EN

AVRO-2024: İtaliya millisində Spaletti qanunları

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti 2024-cü il Avropa çempionatında çıxış edən millinin futbolçuları üçün bir sıra sərt qaydalar tətbiq edib. İtaliya millisinin baş məşqçisi Luçano Spaletti 2024-cü il Avropa çempionatında çıxış edən millinin futbolçuları üçün bir sıra sərt qaydalar tətbiq edib. Matc.az xəbər verir ki, bu barədə “Corriere dello sport” məlumat paylaşıb. Bildirilir ki, komandada mobil telefonlardan istifadəyə məhdudiyyət tətbiq edilib. Futbolçular yalnız nahar və şam yeməyindən əvvəl telefondan istifadə edə biləcək. Komandada qulaqcıqdan istifadə də tamamilə qadağan edilib. “Sony PlayStation” oynamağa icazə verilib, lakin yalnız oyun otağında və gecə yarısından gec olmayaraq. Komandada gülmək və zarafatlaşmaq isə konsentrasiyaya təsir etməyəcək səviyyədə olmalıdır. Xatırladaq ki, AVRO-2024-də italyanlar İspaniya, Xorvatiya və Albaniya ilə B qrupunda mübarizə aparacaq.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
matc.az

1Sources