EN

Millimiz dünya çempionatının finalına vəsiqə qazandı

Azərbaycan millisi Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatında finala vəsiqə qazanıb.   Manset.az Publika.az-a istinadən xəbər verir ki, qrup mərhələsindəki sonuncu oyunda Özbəkistanla qarşılaşan yığma rəqibini 7:0 hesabı ilə üstələyib. Bununla da qrup mərhələsində bütün oyunları qələbə ilə bitirən komanda finala çıxıb. Təmsilçimiz həlledici oyunda B qrupunu lider kimi tamamlayan Mərakeş komandası ilə qarşılaşacaq. A və B qrupunda ikinci yeri tutan Özbəkistan və Nigeriya komandaları üçüncülük uğrunda qarşılaşacaqlar. Hər iki oyun iyunun 16-da keçiriləcək.

Qeyd edək ki, milli qrupda keçirdiyi əvvəlki oyunlarda Qazaxıstan, Türkiyə və Maltanı 5:0 hesabı ilə məğlub edib.

Chosen
161
22
manset.az

10Sources