EN

“Süni intellektin inkişaf tempi qorxuducudur” – Tramp


“Qorxulu olan süni intellektin sürətli inkişafı və bu texnologiyanın nitq üçün söz yazmağın öhdəsindən öz işçilərindən daha sürətli və daha yaxşı nail olmasıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Impaulsive” yutub kanalına müsahibəsində deyib
“Mən heç vaxt belə bir şey görməmişəm. Hər şey çox tez, sözün əsl mənasında bir neçə dəqiqə ərzində hazır idi. Qorxuludur”, - Tramp deyib.
Keçmiş prezident izah edib ki, ona belə bir eksperiment keçirməyi süni intellekt sahəsində görkəmli insanlardan biri təklif edib:
“O bir neçə klik edib mənə böyük nitq verdi. Mətn o qədər gözəl yazılıb ki, ondan istifadə etməkdən çəkinməyəcəm və bundan sonra mətn yazarımı işdən çıxara biləcəyəm”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
yeniavaz.com

1Sources