EN

Baş Qərargah rəisi taktiki-xüsusi təlimi izlədi - FOTOLAR

MüdafiÉ™ nazirinin birinci müavini – AzÉ™rbaycan Ordusunun BaÅŸ QÉ™rargah rÉ™isi general-polkovnik KÉ™rim VÉ™liyev mühÉ™ndis bölmÉ™lÉ™ri ilÉ™ keçirilÉ™n taktiki-xüsusi tÉ™limi izlÉ™yib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilərək, cəmləşmə rayonlarına çıxarılıb.

Təlimdə əsas diqqət Vətən müharibəsi və ondan sonrakı əməliyyatlar, eləcə də dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla mühəndis təminatı üzrə müxtəlif tapşırıqların icrasına yönəldilib.

Taktiki-xüsusi təlimin gedişini müsbət qiymətləndirən Baş Qərargah rəisi bu kimi təlimlərin keyfiyyətinin daha da artırılması və onların real döyüş şəraitinə uyğun keçirilməsi barədə göstəriş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
50
olke.az

10Sources