Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Qarabağ" Musa Qurbanlını heyətinə cəlb edib.
Prosport.Az "report-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu üçün İsveçin "Yurqorden" klubu ilə bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.
Musa Qurbanlı 2023-cü ildə Ağdam təmsilçisindən ayrılmışdı.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl xorvatiyalı qapıçı Fabiyan Buntiçlə müqavilə imzalayıb.