EN

Paşinyan Qarabağdan qaçan separatçıları hədələdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ləğv olunmuş qondarma separatçı qurumun rəhbərliyini hədələyib.

“AzPolitika” xəbər verir ki, o, hökumətin iclasında onlara xəbərdarlıq edərək dövlətə qarşı addımlardan çəkinməyə çağırıb: “Mən hakimiyyətin siyasi iradəsini vurğulamaq istəyirəm ki, biz Qarabağın klerikal-feodal elitasının xalqın adından öz klan məqsədləri üçün istifadə etməyə cəhd etməsinə imkan verməyəcəyik. Biz çox səbirliyik, çox tolerantıq, sevgimizi gizlətmirik, lakin bu, heç kimi çaşdırmamalı, bu hakimiyyətin zəifliyi kimi qəbul edilməməlidir”.

Paşinyan daha sonra deyib ki, bu mesajları qəbul edənlər başa düşəcəklər.

Qeyd edək ki, Ermənistanda keçmiş siyasi elitanın Azərbaycanla sərhədlərin dəqiqləşməsinə görə hakimiyyətə etiraz olaraq başlatdığı aksiyalarda ləğv olunmuş qondarma rejimin nümayəndələri olduqca fəaldır. Bu da Ermənistan hakimiyyətinin diqqətindən yayınmır, Paşinyanın xəbərdarlığı da onlara qarşı yönəlib.

Rasim

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources