EN

Restoranlarda məzun gecəsi AJİOTAJI – Qiymətlər süni artırılır, yoxsa...

Orta və ali təhsil müəssələrində tədris ilinin başa çatması ilə restoranlara da tələbat artıb. Buna səbəb isə əksər şagird və tələbələrin məzun gecələri təşkil etmələri ilə bağlıdır.

Artıq təkcə “Son zəng”in keçirildiyi bu gün üçün deyil, qarşıdakı günlər üçün də bir çox restoranlarda yer tapmaq müşkülə çevrilib. Eyni zamanda, müraciətlərin çoxluğundan istifadə edib, süni qiymət artımı edən məkanlar da az deyil. 

“Tələb çoxalırsa, qiymətlər də artır” 

Mövzuyla bağlı Bizim.Media-ya fikirlərini bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, tələbat olanda qiymət artımı müşahidə olunur:

“Mən bu halı sui-istifadə adlandırmazdım. İqtisadiyyatda belə bir anlayış var ki, tələbat olanda qiymətlər artır. Rəqabət, bolluq olanda isə qiymətlər aşağı düşür. Aydın məsələdir ki, bu gün məzunlar məzun gecəsi üçün məkanlara müraciət edirlər.

Bəzən isə bu haldan sui-istifadə edənlər olur. Sırf həmin günü gözləyirlər ki, ticarət edə bilsinlər. Belə olan halda şişirdilmiş qiymət artımı ilə qarşılaşırıq. Bunu ticarət fəndi adlandırırıq. Bu cür halların qarşısını almaq düşünürəm ki, mümkün deyil”
İqtisadçı-ekspert Akif Nəsirli də həmkarı ilə həmfikirdir:

“Tələbat olduqda qiymət artımının baş verməsi təbii haldır. Məsələn, bu cür hallar təkcə restoranlarda deyil, elə ərzaqlarda da və s. kimi başqa şeylərdə də özünü göstərir. Mövsümü olan məhsulların qiyməti indi daha aşağıdır, nəinki başqa vaxtlarda. Hər bir xidmətin optimal, ədalətli formalaşması üçün vacib amil rəqabətdir və bu sahədə də kifayət qədər rəqabət özünü göstərir. Rəqabətin olması qiymətlərdə güclü artımın baş verməsinə maneədir”.

Nailə Kərim, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
bizim.media

1Sources